Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyinə bir sıra məsələlər daxil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planının təsdiqi müzakirə olunacaq. Eyni zamanda, Ali Məclisin Hesablayıcı komissiyasının və İntizam komissiyasının yaradılması məsələlərinə baxılacaq.