Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarına qeydiyyat tarixləri açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanlarda iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.