“NAXÇIVANXƏBƏRLƏRİ” xəbər portalının 10 illik yubileyi münasibətilə təbriklər gəlməkdə davam edir.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikası Filialının rəhbəri Arzu İsgəndərova da bu münasibətlə portal kollektivinə öz səmimi təbriklərini ünvanlayıb.
Təbrikdə deyilir:
“Sizləri 10 illik fəaliyyətiniz münasibətilə təbrik edirəm. İşləriniz, xəbərləriniz mükəmməlliyini və operativliyini hər zaman prestij olaraq özündə saxlamaqla uğurlu xəbər portalısınız. Zirvələrə doğru!”
Arzu İsgəndərova qeyd edib ki, “NAXÇIVANXƏBƏRLƏRİ” fəaliyyətə başladığı ilk gündən etibarən operativliyi, dəqiqliyi və peşəkar yanaşması ilə oxucuların etimadını qazanıb:
“10 il ərzində həm regional, həm də ümumrespublika səviyyəsində informasiya məkanında özünəməxsus yer tutaraq, Naxçıvanda və ölkə miqyasında mühüm ictimai-siyasi hadisələrin işıqlandırılmasında fəal iştirak edib". - deyə o qeyd edib.