Naxçıvan  “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən bir sıra təhsil xidmətlərin göstərilməsinə başlanılacaq

Yanvarın 21-dən  Naxçıvan  “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda xidmətlərin göstərilməsinə başlanılacaq. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “ASAN xidmət” mərkəzində Nazirliyin əməkdaşları tərəfindən

1. Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
    (bq.edu.az)
2. Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;
    (mektebeqebul.edu.az)
3. Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu  
    (qeydiyyat); (mektebeqebul.edu.az)
   4. Peşə təhsili müəssisələrinə tələbə qəbulu    (Portal.edu.az)
   5. Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat); (sy.edu.az)
   6. Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;

Təhsil Nazirliyi tərəfindən elektron qaydada ödənişsiz  həyata keçiriləcək.