“Azərbaycan Hava Yolları” QSC-nin balansında olan hava nəqliyyatı vasitələri 30 yanvar 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;”Azərbaycan Hava Yolları” QSC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.