"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4 752 ədəd kosmetik vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.