SON DƏQİQƏ

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub

404 baxış 1 dəq
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün yeri məlum olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidan ilə görüşündə deyib.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq, Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.

Xarici işlər nazirləri regiondakı vəziyyət və təhlükəsizlik çağırışları ilə mübarizə aparmaq üçün birgə səylərin əhəmiyyətini də müzakirə ediblər.

Maka Boçorişvili bir daha Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiq edib.