SON DƏQİQƏ
Hərbi Foto

Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

211 baxış 1 dəq

Avqustun 30-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  

Səfər çərçivəsində müdafiə naziri Türkiyə Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.

Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan müdafiə naziri tərəfindən təqdim olunub.

Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Fotolar

3 foto