SON DƏQİQƏ

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

138 baxış 1 dəq
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63 % artaraq 92,89 ABŞ dolları təşkil edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89,64 ABŞ dolları təşkil edib.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,72 ABŞ dolları və ya 0,81 % artaraq 89,72 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.