Sual: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas məqsədləri nədən ibarətdir?

Cavab: Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən:

1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

2. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov