Prezident: Azərbaycan TDT-yə üzv ölkələrin QHT-ləri arasında kommunikasiyanı gücləndirən təşəbbüslərə dəstək verməyə hazırdır

Azərbaycan, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ikitərəfli və çoxtərəfli formatda tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələr üzrə QHT-lər üçün ortaq qrant müsabiqələri elan etməyə, həmçinin qarşılıqlı əlaqələri gücləndirən layihələri dəstəkləməyə tam hazırdır.

“NAXÇIVANXƏBƏRLƏRİ” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunub.

Dövlət başçısı vurğulayıb ki, 2026-cı ildə 100 illiyi qeyd ediləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyasına dair yarımçıq qalmış işlərinin QHT-lərin fəal iştirakı ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.