SON DƏQİQƏ

Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin mətnlərini razılaşdırıb

177 baxış 1 dəq
Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin mətnlərini razılaşdırıb

Azərbaycan və Ermənistan tərəfləri delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin yaydığı məlumatda əksini tapıb.

Sözügedən təlimatlar aşağıdakılardır:

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.