SON DƏQİQƏ

Azərbaycanda borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq

160 baxış 1 dəq
Azərbaycanda borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq

Azərbaycanda borc tələbinin qiymətli kağızlara yönəldilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik təklif edilir.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Belə ki, "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.

Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.

Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğu edilməsi, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir. Qanun layihəsində həmçinin "Qiymətli kağızlar bazarı haqqında" qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.