Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədi ilə Avstriya və İspaniyaya yola düşüblər.
Azərbaycan Voleybol Federasiyasından ""NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, U-22 millisi avqustun 14-17-si aralığında Avstriyadakı yarışda, U-20 isə avqustun 22-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.
Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.