Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidməti (DMX) 102 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə bu barədə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.