SON DƏQİQƏ

Ceyhun Bayramovla Anita Anand arasında telefon danışığı olub

287 baxış 1 dəq
Ceyhun Bayramovla Anita Anand arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla kanadalı həmkarı Anita Anand arasında telefon danışığı aparılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

A. Anand Azərbaycan Respublikasının müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq, Kanada tərəfinin Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

C. Bayramov təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd edib.

Telefon danışığı zamanı yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, regionda mövcud vəziyyət, münaqişədən sonrakı dövrün reallıqları, eləcə də Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub. C. Bayramov keçmiş münaqişənin tarixi, Azərbaycanın üzləşdiyi işğal və onun nəticələri barədə məlumat verib, hazırda regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən səylərdən bəhs edib.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

https://x.com/AnitaAnandMP/status/2061828714875302030/photo/1