SON DƏQİQƏ

Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib SƏRƏNCAM

183 baxış 1 dəq
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib SƏRƏNCAM

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxsləri təltif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, adları aşağıda olan şəxslər təltif edilib.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)

"Azərbaycan Bayrağı" ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir

"İgidliyə görə" medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.