Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi layihəsi üzrə göndərilən növbəti təkliflərə cavab gözləyir.

"NAXÇIVANXƏBƏRLƏRİ" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan 1,5 ay əvvəl Azərbaycana sülh müqaviləsi layihəsi üzrə son təkliflərini göndərib və indi Azərbaycan tərəfinin reaksiyasını gözləyir.