SON DƏQİQƏ
Cəmiyyət Video

“Haber Global”: Xocalı soyqırımı türk dünyasının qəlbindəki ən böyük yaralardan biridir

307 baxış 1 dəq

Türkiyənin “Haber Global” telekanalı ölkənin Kahramanmaraş şəhərindəki Xocalı abidəsi barədə süjet hazırlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, süjetdə adıçəkilən ərazidə “Azərbaycan” məhəlləsinin yaxınlığındakı abidə barədə, bunun fonunda Azərbaycan-Türkiyə qardaşlığı haqqında fikirlər səsləndirilib.

Bildirilib ki, 2019-cu ildə açılışı baş tutan abidə “Bir millət, iki dövlət” anlayışının təzahürüdür.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Videosüjetdə o da qeyd olunub ki, Türkiyənin bir çox əyalət və şəhərində bəşər tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı ilə bağlı abidələr var.

Telekanalın xüsusi müxbiri Murad Karataş Xocalı soyqırımını türk dünyasının qəlbindəki ən böyük yaralardan biri kimi qiymətləndirib. 

M.Karataş videoreportajda Xocalının artıq işğaldan azad edildiyini, orada həyatın yenidən bərpa olunduğunu da qeyd edib.