Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov 20 avqust tarixində Ordubad rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ordubad rayon sakinləri Ordubad Rayon Mədəniyyət İdarəsinə müraciət etməklə və 547-11-86, 060-547-16-81 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-da Ordubad Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.