Sual: İnzibati xəta haqqında protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi qaydası necədir?

Cavab: İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta işi üzrə icraatın başlanması barədə qərarı və ya Məcəllənin 102.6-cı maddəsinə uyğun tərtib edilmiş protokol) tərtib edildiyi andan etibarən 48 saat müddətində hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

Əgər inzibati xəta haqqında protokol inzibati həbs nəzərdə tutursa, həmin protokol tərtib edildikdən dərhal hakimə baxılması üçün təqdim olunur.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov