SON DƏQİQƏ

İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub

177 baxış 1 dəq
İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub

İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin əldə etdiyi məlumata görə, artıq humanitar keçid beş gündür yüksək səviyyədə həyata keçirilir.

Bildirilib ki, İsrail-İran müharibəsi başlayandan 600-dən çox şəxsin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən rahat keçidi təmin edilib. Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu siyahıda 17 ölkənin vətəndaşları var.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan yer alır. Avropa ölkələrinə gəlincə, Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya vətəndaşlarının müraciət əsasında təxliyələri həyata keçirilib.

Vətənlərinə yola salınan əcnəbilər arasında az da olsa, ABŞ, BƏƏ, Çin və Vyetnam vətəndaşları da var.

Təxliyə olunanlar İran tərəfdə Azərbaycana keçmək üçün yüzlərlə şəxsin növbə gözlədiyini bildiriblər.