Sual: Dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən işçilərə torpaq sahələrinin verilməsi hansı qayda da həyata keçirilir?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 64-cü maddəsinə əsasən:

Dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən istifadələrində olan torpaqlardan öz işlərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq sahələri verə bilərlər.

Sualı cavablandırdı:Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə