Sual: Korrupsiya nədir?

Cavab: vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Korrupsiya, hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və alt maddələrində kiçik dəyişikliklər həyata keçirərək irimiqyaslı cinayətkarlara, cinayət əməllərinə ortaq olmalarıdır. Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsələlərin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış rüşvətdir. Korrupsiya hər hansı imtiyaz və ya statusdan istifadə nəticəsində həyata keçirilən cinayətdir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov