SON DƏQİQƏ

Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib

174 baxış 1 dəq
Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb.

Bu tibb ocağı 2023-cü ildə "Joint Commission International" (JCI) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı alıb. Kompleks Omanda tibb ocaqları arasında qısa müddətdə bu cür beynəlxalq akkreditasiya əldə edən ilk dövlət səhiyyə müəssisəsidir.