"Ləzzət Group"un 30 illik yubileyi münasibətilə şirkətin rəhbərliyi tərəfindən müəssisədaxili silsilə görüşlərə start verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlər çərçivəsində şirkətin rəhbəri Teymur Rzayev müəssisələrdə çalışan əməkdaşlarla bir araya gəlir, onların qayğıları ilə maraqlanır və hər bir əməkdaşa təşəkkürnamələr təqdim edir.
Görüşlər 7 gün ərzində "Ləzzət Group"un müxtəlif istehsalat bölmələrinin işçi heyəti ilə həyata keçiriləcəkdir.
Şirkətin bu təşəbbüsü 30 illik inkişaf yolunda əməkdaşların roluna verilən dəyərin və təşəkkürün ifadəsi kimi qiymətləndirilir.
Görüşlər çərçivəsində əməkdaşlarla fikir mübadiləsi aparılır, gələcək planlar müzakirə olunur.
Qeyd edək ki, Ləzzət Group 1995-ci ildən fəaliyyət göstərir və bu gün ölkənin aparıcı qida istehsalçılarından biri kimi tanınır.