SON DƏQİQƏ

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri açıqlandı

271 baxış 1 dəq
Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri açıqlandı

2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platforması üzərindən “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Qəbul olan şagirdlər üçün sorğular mərhələli şəkildə yaradılır. Hər bir şagird şəxsi kabinetində “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Qəbul olan şagirdlərin sənədlərinin (şəxsi işlərinin) 2 sentyabr saat 16:00-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim edilməsi tələb olunur. Bu gündən başlayaraq qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək. Əlavə sual yaranarsa, 146-2 ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.

Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz:

LGQ _ II tur _ minimum ballar