Naxçıvanda Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində Mərkəzin benefisiarlarının müxtəlif mövzular üzrə hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış olub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, Vətən müharibəsi şəhidi baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş Mirkənan Seyidov, 2020-ci ilin 27 sentyabrında başlayan və Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin xalqımızın yaddaşında əbədi tarixə çevrildiyini vurğulayıblar.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq-ordu birliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik işğala son qoyub.
Sonda tədbir iştirakçıları “27 Sentyabrdan Qələbəyə doğru – Qarabağ müharibəsi” adlı sənədli filmə baxıblar.