“Naxçıvanxəbərləri” informasiya portalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov redaksiyamıza təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir:

“Sizi fəaliyyətə başlamanızın 10 illiyi münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Artıq 10 ildir ki, peşəkar jurnalistikanın prinsiplərinə sadiq qalaraq cəmiyyətə doğru, dürüst və operativ məlumatlar təqdim edirsiniz. Bu illər ərzində göstərdiyiniz peşəkar fəaliyyət, cəmiyyətə təqdim etdiyiniz obyektiv və operativ xəbərlər, ictimaiyyətin məlumatlandırılmasında oynadığınız mühüm rol böyük önəm daşıyır. Yüksək jurnalist etikasına və məsuliyyət hissinə söykənən hər bir xəbəriniz Azərbaycan mətbuat məkanında özünəməxsus iz qoyub".

Sonda Mehman Məmmədov kollektivi bir daha təbrik edərək, “Naxçıvanxəbərləri”nin fəaliyyətində daha böyük nailiyyətlər və geniş oxucu auditoriyası qazanmasını arzulayıb.