Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət eləsin!".

https://www.instagram.com/p/DPL_Q8jjM99/?igsh=MWhiNW1mNWYzM2JvYw==