Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, müraciətlər araşdıralacaq: "Səslərin operativ hesablanması əsas tələblərdəndir. Biz adətən çalışırıq ki, ilkin nəticələri seçkilərdən bir gün sonra açıqlayaq".