SON DƏQİQƏ

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

428 baxış 1 dəq
Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb, üçüncü oxunuşda qəbul edilib.