SON DƏQİQƏ

Milli Məclisin İntizam komissiyasına yeni sədr seçildi

176 baxış 1 dəq
Milli Məclisin İntizam komissiyasına yeni sədr seçildi

Fevralın 2-də VII çağırış Milli Məclisin yaz sessiyasında yenidən formalaşdırılmış İntizam komissiyasının ilk iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İclasa sədrlik edən komissiya üzvü Hikmət Məmmədov komissiyanın sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini irəli sürüb.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Səsvermə nəticəsində deputat Eldar İbrahimov komissiyanın sədri seçilib. Komissiya sədrinin təklifinə əsasən, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.

Tədbirdə çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov yenidən ona göstərilən etimada görə təşəkkürünü bildirib və komissiya üzvlərinə uğurlar arzulayıb.

İclasda komissiya üzvləri Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Kamaləddin Qafarov iştirak ediblər.