SON DƏQİQƏ

MM Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerji sahəsində tərəfdaşlıq sazişini ratifikasiya edib

371 baxış 1 dəq
MM Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerji sahəsində tərəfdaşlıq sazişini ratifikasiya edib

Milli Məclis Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı MM-in bugünkü plenar iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in müzakirəsi aparılıb.

Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək.

Vurğulanıb ki, saziş qeyri-müəyyən müddətə bağlanıb.

Layihə müzakirələrdən sonra bir oxunuşda təsdiq edilib.