SON DƏQİQƏ

MM bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

279 baxış 1 dəq
MM bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə müzakirəyə çıxarılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim edib.

Sənəddə qeyd olunub ki, keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Həmin müddətdə həmçinin qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib.

Bundan başqa, keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb.

Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə səsə qoyularaq təsdiqlənib.