Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Rövşən Əbülfəz oğlu Sadıxov vəzifəsindən azad olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sərəncama əsasən, R.Ə.Sadıxov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Qərar Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə və 30-cu maddəsinə uyğun olaraq qəbul edilib.
Sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb.