Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri musiqisevərlərə xüsusi konsert proqramı ilə müraciət edir. Kino musiqilərindən ibarət möhtəşəm konsert 28 noyabr 2025-ci il saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, konsertdə məşhur filmlərin sevilən musiqi nümunələri səsləndiriləcək. Tədbirin təşkilatçısı Naxçıvan Dövlət Filarmoniyasıdır.
Biletləri Heydər Əliyev Sarayının kassasından əldə etmək mümkündür.
Əlaqə: +994 60 252 30 03