Azərbaycanda 90 və daha yuxarı yaşda olan insanların sayı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına görə, ölkə üzrə 24 256 nəfərin yaşı 90 və daha çoxdur.

Məlumata əsasən, Naxçıvan iqtisadi rayonunda 90+ yaşlı 1 861 nəfər yaşayır. Bu göstərici ilə Naxçıvan iqtisadi rayonlar arasında ikinci yerdədir.

İqtisadi rayonlar üzrə Naxçıvandan daha yüksək göstərici yalnız Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb – 2 188 nəfər.

Beləliklə, ölkədəki hər 100 uzunömürlüdən təxminən 8-i Naxçıvan iqtisadi rayonunun payına düşür.

Qeyd edək ki, Azərbaycanda 90 və daha yuxarı yaşda olan şəxslər uzunömürlülər kateqoriyasına aid edilir.