Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ"dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir ki, bununla bağlı yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma müsabiqəsi elan edilib.
Müsabiqənin sifarişçisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir.