Fermerlərin inkişafına dəstək məqsədilə Naxçıvanda bir sıra tədbirlər təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 29 sentyabr tarixində Naxçıvan şəhərindəki Biznes Mərkəzində saat 11:00-da “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu”, saat 15:00-da isə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçiriləcək.

30 sentyabrda isə Şərur rayonunda Aqrar Biznes Festivalı çərçivəsində növbəti toxum sərgi-satış yarmarkası təşkil olunacaq. Yarmarka Şərur Rayon İcra Hakimiyyəti binasının yaxınlığındakı parkda saat 11:00-da başlayacaq.

Bu tədbirlər fermerlərə həm dövlətin dəstək imkanları ilə tanış olmaq, həm də yeni toxum çeşidlərinə çıxış əldə etmək imkanı yaradacaq.