Məlum olduğu kimi, vergi güzəştləri ilə bağlı ölkə rəhbərliyi tərəfindən müvafiq addımlar atılmışdır. Bu istiqamətdə sahibkarların maarifləndirilməsinə ehtiyac yaranmışdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar olaraq, Bazar MMC-də fəaliyyət göstərən kiçik sahibkarlar tərəfindən müraciətlər daxil olmuş, qeyd olunan müraciətlər Bazar MMC-nin rəhbərliyi tərəfindən qeydə alınmışdır.

Rəhbərlik tərəfindən bu müraciətlərə uyğun olaraq proqram hazırlanmış və 02 fevral 2026-cı il tarixində saat 15:00-da Naxçıvan Sarayda müraciət edən sahibkarlarla görüşün keçirilməsi nəzərdə tutulmuşdur.

Görüşə müvafiq dövlət qurumlarının, o cümlədən vergi xidməti orqanlarının nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Əlavə olaraq bildiririk ki, Bazar MMC öz fəaliyyətini davam etdirir. Sosial şəbəkələrdə və bəzi informasiya mənbələrində yayılan məlumatlar əsassız və həqiqətə uyğun deyildir. Sahibkarlarla təşkil ediləcək görüş zamanı onların hüquqlarının qorunması məqsədilə müvafiq dəstək göstəriləcək, vergi güzəştləri və digər məsələlərlə bağlı ünvanlanan suallar cavablandırılacaqdır.

Habil Orucov

Bazar MMC-nin icraçı direktoru