Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən Dədə Qorqud parkı və ətraf ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması məqsədilə yeni tender elan edilib.

“NAXÇIVANXƏBƏRLƏRİ” bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.

Satınalma prosesi Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, layihə Dədə Qorqud parkının və onun ətraf ərazilərinin abadlaşdırılmasına dair işlərin təşkili və icrası üçün mühüm mərhələ sayılır. Bu istiqamətdə hazırlanan layihə-smeta sənədləri gələcəkdə həyata keçiriləcək infrastruktur işləri üçün əsas baza rolunu oynayacaq.