Naxçıvan şəhərində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə 28 May küçəsində qeydə alınıb. Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Məlumata görə, Toğrul Verdiyev Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistrantı olub.
Faktla bağlı araşdırma aparılır.