Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri çərçivəsində Naxçıvan şəhəri, 56-cı məhəllədə yerləşən və Həsənov Sənan Ərrəhman oğluna məxsus “011” kafesində ciddi qanun pozuntuları aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, yoxlama zamanı obyektin gigiyenik tələblərə cavab vermədiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, həmçinin işçilərin tibbi müayinələrdən keçmədiyi müəyyən olunub. Eyni zamanda, obyektin qeydiyyatsız fəaliyyətdə olduğu da aşkar edilib.

Aşkarlanmış nöqsanlarla bağlı obyekt rəhbərliyinə müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.