Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qalib layihələr sırasında Naxçıvanda fəaliyyət göstərən “Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” adlı layihəsi də yer alıb və layihəyə 9000 manat qrant məbləği ayrılıb. Layihənin rəhbəri Arzu Qasımovdur.
Qeyd edək layihə 3 ay ərzində Naxçıvan MR-də reallaşdırılacaq və muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.