Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi tam şəkildə həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Bundan əlavə, fevralın 1-dən etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiya ödənişləri də qeyd edilən artımlarla birgə icra olunub.
Eyni zamanda, indeksləşdirmə çərçivəsində yanvar ayına aid artım məbləği də fevral ayının pensiyasına əlavə edilib.