SON DƏQİQƏ
Hərbi Foto Video

Naxçıvanda hərbi hazırlıq kursunun növbəti buraxılışı keçirilib

204 baxış 1 dəq

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.

Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmətdə daha da təkmilləşdirəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.

Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.

Fotolar

3 foto