SON DƏQİQƏ

Naxçıvanda nəqliyyat kartlarının satış ünvanları açıqlanıb

287 baxış 1 dəq
Naxçıvanda nəqliyyat kartlarının satış ünvanları açıqlanıb

Naxçıvan şəhərində ictimai nəqliyyat xidmətlərinin müasir tələblərə uyğun təşkili istiqamətində hazırlıq işləri davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, AZCON Holding şirkətlərindən olan “BakuBus” MMC tərəfindən Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinin təşkili çərçivəsində istifadə olunacaq “CityCard” ödəniş kartlarının satışı “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Naxçıvan şəhərindəki bütün poçt filiallarında və MMC-nin şəhərin Heydər Əliyev prospektində, Əziz Əliyev, İstiqlal, Mirzə Ələkbər Sabir  küçələrində yerləşən qəzet köşklərində, həmçinin Babək rayonun Babək şəhərində, Qoşadizə, Şıxmahmud, Xəlilli, Şəkərabad kəndlərindəki poçt bölmələrində həyata keçirilir. Sakinlər ödəniş kartlarının balansının artırılmasını qeyd olunan həmin ünvanlarda və MilliÖn terminallarında həyata keçirə bilərlər.  

“CityCard”ın satış qiyməti 3 manatdır.

Reklam
Reklamınız burada ola bilər +994 50 227 80 27

Yeni sistemin tətbiqi ilə Naxçıvan şəhərində elektriklə işləyən avtobuslarından istifadə edən sərnişinlər gediş haqqını “CityCard” vasitəsilə ödəməklə yanaşı, istənilən bank kartından, həmçinin “Google Pay” və “Apple Pay” mobil ödəniş xidmətlərindən yararlana biləcəklər.

Bundan əlavə, “BakıKart” mobil tətbiqi vasitəsilə “CityCard”ın balansını onlayn artırmaq və QR kodla gediş haqqını ödəmək mümkün olacaq.

“CityCard”ların “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin müvafiq poçt bölmələrində və qəzet köşklərində satışa çıxarılması şəhər sakinlərinin yeni ödəniş sisteminə daha rahat çıxışını təmin edəcəkdir.