Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və əməkdaşları 1 oktyabr  – "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibəti ilə Ümümmilli  Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibətilə oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev  və prokurorluğun şəxsi heyəti  Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsini ziyarət edib önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər, seləcə də Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.