Kənd yerlərində yaşayan qadınların 70 faizinin təsərrüfatla məşğul olduğu, onların 35 faizinin isə yalnız bu gəlirlərə güvəndiyi açıqlanıb.

Naxçıvanda qadınların sosial rifahını yüksəltmək və gəlirlərini artırmaq üçün yeni təşəbbüslərə start verilib.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova “NAXÇIVANXƏBƏRLƏRİ”-nə açıqlamasında bildirib ki, yaxın vaxtlarda Naxçıvanda ilk qadın kooperativi yaradılacaq. Bu kooperativ ucqar kəndlərdə fəaliyyət göstərən qadınları bir araya gətirərək onların məhsullarının emalı və satışına dəstək göstərəcək, həmçinin əlaqələrin qurulmasına imkan yaradacaq.

Onun sözlərinə görə, gələcəkdə yaradılacaq kooperativin təcrübəsi əsasında yeni kollektiv bizneslərin təşkili nəzərdə tutulur.

Gülbəniz Qənbərova əlavə edib ki, Naxçıvan qadınlarının zəhmətsevərliyi və bacarığı onların cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün geniş imkanlar açır.